Bank Of Baku

WikiLeaks saytı amerikalı diplomatların 250 mindən artıq məxfi məktubunu dərc edib

WikiLeaks saytı amerikalı diplomatların 250 mindən artıq məxfi məktubunu dərc edib
# 29 noyabr 2010 08:27 (UTC +04:00)
APA-nın məlumatına görə, açıqlanan yazışmalar ABŞ-ın bir çox ölkələrə, korrupsiyaya, dünya liderlərinin xarakteristikasına nəzərən xarici siyasət strategiyasını əks etdirir. Bu informasiyanı El Pais, Le Monde, Der Spiegel, The Guardian və The New York Times qəzetlərinin saytlarında əldə etmək mümkündür.

“The Guardian”a təqdim olunan məktublardan belə məlum olur ki, Səudiyyə Ərəbistanı liderləri məxfi şəkildə ABŞ hakimiyyətindən İrana aviazərbələr endirməyi, amerikalı diplomatlardan isə BMT rəhbərliyinin izləməyi xahiş ediblər. Böyük rezonans doğura biləcək məlumatlar arasında ABŞ-ın Şimali Koreyadakı rejim çökdükdən sonra vahid Koreya dövləti qurmaq planları və “Əl-Qaida”nın Səudiyyə Ərəbistanındakı maliyyə sponsorları haqqında yazışmalar da var. Diplomatların məxfi yazışmalarında İran prezidenti Mahmud Əhmədinejad Adolf Hitlerlə müqayisə olunur, Rusiya prezidenti Dmitri Medvedyev qətiyyətsiz və rəngi solğun adan kimi qələmə verilir, Vladimir Putin isə “alfa-dog” adlandırılır. Dərc olunan məlumatların əksəriyyəti 2006-cı ildən 2010-cu ilin fevralınadək olan dövrü əhatə edir.

Ağ Evin mətbuat katibi Robert Qibbs bildirib ki, WikiLeaks saytının dərc etdiyi məlumatlar amerikalı diplomatların, kəşfiyyatçıların həyatını təhlükə altına qoyur. Xatırladaq ki, WikiLeaks resursunun yaradıcısı Culian Assanj ABŞ diplomatiya tarixinin ifşa edəcəklərini bəyan etdikdən sonar sayt DOS-hücumlara məruz qalıb. Bununla belə məlumatlar açıqlandıqdan sonra sayta giriş mümkün olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR