Bank Of Baku

Əhməd Davudoğlu ilə Hillari Klinton arasında görüş keçirilib

Əhməd Davudoğlu ilə Hillari Klinton arasında görüş keçirilib
# 29 noyabr 2010 20:30 (UTC +04:00)
Bakı-APA. Dünya siyasətinə bomba kimi düşən Wikileaks məlumatlarının ardından Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu ilə ABŞ dövlət katibi Hillari Klinton arasında görüş keçirilib.

Davudoğlu və Klinton görüş öncəsində açıqlama veriblər.

"Türkiyə və ABŞ arasında dünyadakı ən önəmli əlaqələrdən biri mövcuddur. Bunu inkişaf etdirmək ən böyük arzumuzdur. Sadəcə Türkiyə və ABŞ-ın əməkdaşlıq edərək həyata keçirəcəkləri mövzular var. Görüşdə bunları da müzakirə edəcəyik”, deyə Klinton bildirib.

“Türkiyənin xarici siyasəti hər zaman şəffafdır, ABŞ ilə əlaqələrimiz də hər zaman şəffafdır. Türkiyə bölgədəki və dünyadakı sülh mövzusunda ABŞ ilə eyni düşünməkdədir”. Bu ifadələrin müəllifi isə Əhməd Davudoğludur.

Qeyd edək ki, “Wikileaks”də yer alan məlumatlarda Əhməd Davudoğlu, baş nazir Rəcəb Tayyib Ərdoğana təsir etməyə qadir olan “fövqəladə təhlükəli bir şəxs” olaraq qiymətləndirilib.

Davudoğlunun "Yeni Osmanlıçılıq" siyasətini həyata keçirdiyi də iddia edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR