Bank Of Baku

Hillari Klinton «Wikileaks»də yayımlanan sənədlərlə bağlı Türkiyədən üzr istəyib

Hillari Klinton «Wikileaks»də yayımlanan sənədlərlə bağlı Türkiyədən üzr istəyib
# 29 noyabr 2010 22:43 (UTC +04:00)
Bakı-APA. Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu, ABŞ dövlət katibi Hillari Klintonun, «Wikileaks»də yayımlanan sənədlərlə bağlı Türkiyədən, hökumətdən və baş nazir Rəcəb Tayyib Ərdoğandan üzr istədiyini bildirib.

Bu barədə Davudoğlu Klinton ilə görüşünün nəticələrindən danışarkən bildirib.

«Wikileaks mövzusunu təbii ki, göz ardı edə bilməzdik və ilk öncə bu mövzu müzakirə olundu. Sadəcə Türkiyə deyil, bir çox ölkə ilə bağlı minlərlə sənəddən söhbət gedir. Biz bu u sənədlərin həqiqiliyinin müzakirə edəcək durumda deyilik. Bu bizim müzakirə edəcəyimiz bir mövzu deyil, ABŞ-ın öz ilə bağlı bir məqamdır, onlar da bunu rədd etmirlər. Klinton bununla bağlı Türkiyədən, hökumətdən və baş nazir Rəcəb Tayyib Ərdoğandan üzr istədi. Diplomatların təhlillərinin heç zaman idarəedicilərin siyasi iradəsinə və yanaşmasına həlledici təsir göstərməyəcəyini, xarici siyasət idarələri, hökumətlər arasında əlaqələrin indidən belə də qarşılıqlı hörmətə əsaslanacağını bildirdi. O qeyd etdi ki, internetdə dərc olunmuş sənədlər siyasi liderlərin mövqelərini əks etdirmirlər», deyə Davudoğlu vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR