Bank Of Baku

Ekvador «Wikileaks»ın qurucusuna sığınacaq verməyə hazırdır

Ekvador «Wikileaks»ın qurucusuna sığınacaq verməyə hazırdır
# 30 noyabr 2010 03:55 (UTC +04:00)
Bakı-APA. Ekvador xarici işlər nazirliyi İsveç məhkəməsi tərəfindən beynəlxalq axtarışa elan olunmuş Wikileaks saytının qurucusu Culian Assanja sığınacaq verməyə hazır olduğunu bildirib. .

Avstraliyalı Assanj zorlamada günahlandırılır. İsveç prokurorluğu WikiLeaks saytının yaradıcısı Culian Assanjın beynəlxalq axtarışa elan olunması ilə bağlı İnterpola müraciət göndərib.

Xatırladaq ki, Stokholm mahal məhkəməsi noyabrın 18-də Culian Assanjın yaradıcısının həbsinə order verib.

Assanj ittihamları rədd edir və onların onu və WikiLeaks layihəsini gözdən salmağa yönəldiyini bildirir.

«Biz Assanja heç bir problemsiz və şərtsiz Ekvadorda yaşamaq hüququ verməyə hazırıq», deyə Ekvador xarici işlər nazirinin müavini Kintto Lukas bildirib.

Kinttonun sözlərinə görə, Ekvadorda Assanjın əlində olan məlumatları nəinki internetdə, həm də digər mətbuat orqanlarında yerləşdirmək imkanı olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR