Bank Of Baku

Nyu-York yaxınlığında 3,9 bal gücündə zəlzələ baş verib

Nyu-York yaxınlığında 3,9 bal gücündə zəlzələ baş verib
# 01 dekabr 2010 04:14 (UTC +04:00)
Bakı-APA. Nyu-Yorkun 200 kilometr cənub-şərqində Atlantik okeanının akvatoriyasında 3.9 bal gücündə zəlzələ baş verib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, ABŞ Geoloji Araşdırma İnstitutu bu barədə məlumat yayıb.
Amerika seysmoloqları bildiriblər ki, zəlzələnin mərkəzi yer sətinin 6,5 kilometr dərinliyində yerləşib. Yeraltı təkanlar Nyu-Cersi və Konnektikut ştatlarında hiss edilib.
Yerli televiziya bildirib ki, zəlzələ nəticəsində dağıntılar və xəsarət alan olmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR