Bank Of Baku

ABŞ dövlət katibi ATƏT-in Əfqanıstanda rolunu artırmalı olduğunu deyib

ABŞ dövlət katibi ATƏT-in Əfqanıstanda rolunu artırmalı olduğunu deyib
# 02 dekabr 2010 01:29 (UTC +04:00)
Bakı-APA. ABŞ dövlət katibi Hillari Klinton bəyan edib ki, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Əfqanıstandakı rolunu artırmalı və region boyu iqtisadi inkişafa təkan verməlidir.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə,
Qazaxıstanda iki günlük ATƏT sammitinin əvvəlində Klinton söylədi ki, orta Asiyanın hər hansı bir guşəsində baş qaldıran təhlükə bütün regiona təhlükə törədir. Onun sözlərinə görə, ATƏT təkcə Əfqanıstandakı rolunu gücləndirməklə yanaşı qurum daxilində baş verən böhrana effektiv cavab verə bilməlidir.
Əfqanıstan prezidenti Həmid Karzay ATƏT dövlətlərinin Əfqanıstanı gücləndirməkdə yardım göstərdiklərini bildirib. "On illərlə davam edən müharibə və dağıntıdan sonra Əfqanıstan siyasi, iqtisadi və sosial həyatının yeni mərhələsinə qədəm qoyub" - deyə o, bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR