Bank Of Baku

ABŞ Şimali Koreyanı əlavə nüvə obyektləri inşa etməkdə günahlandırır

ABŞ Şimali Koreyanı əlavə nüvə obyektləri inşa etməkdə günahlandırır
# 03 dekabr 2010 01:38 (UTC +04:00)
Bakı-APA. ABŞ hökuməti Şimali Koreyanın potensial hərbi məqsədlərə xidmət edən əlavə nüvə obyektlərini gizlətdiyinin ehtimal olunduğunu bildirir. Bu barədə APA voanews.com-a istinadən məlumat verir. ABŞ-ın Beynəlxalq Atom Enerjisi Agentliyindəki nümayəndəsi Qlin Deyvis söyləyib ki, Şimali Koreyada əlavə uran zənginləşdirən obyektlərin inşası aşkardır. O, qurumun müdirlər şurasının Vyanada keçirilən iclasında çıxış edib. Deyvisin sözlərinə görə Vaşinqton Şimali Koreyanın iddiasına zidd olaraq, Pxenyanın hələ 2009-cu ilin aprelindən əvvəl uran zənginləşdirməyə başladığına inanır. Şimali Koreya bu həftənin əvvəlində yüngül su reaktoru üçün yararlı minlərlə sentrifuqaya malik uran zənginləşdirən obyekt inşa etdiyini xəbər verib. Pxenyan bu proqramın dinc məqsədlərə xidmət etdiyini deyir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR