Bank Of Baku

Bil Klintonun məşuqələri seks-sayt yaradıblar

Bil Klintonun məşuqələri seks-sayt yaradıblar
# 13 iyun 2008 09:05 (UTC +04:00)
ABŞ APA. ABŞ-ın keçmiş prezidenti Bil Klintonun keçmiş məşuqələri sayt yaradıblar. APA-nın ABŞ KİV-lərinə istinadən xəbərinə görə, vaxtilə Klintonla intim münasibətləri olmuş Cennifer Flauers və Paula Cons adlı qadınlar “İki qızın söhbəti” (“Two Chicks Chatting”) adlı saytda yüksək keyfiyyətli video-çarxlar yaradıblar. Onlar bu kliplərdə Klintonla bağlı olan və özlərinin də əsas iştirakçısı olduqları seks-qalmaqallar barədə danışırlar. Lakin qadınların təkcə Klintonun reputasiyasını korlamaq niyyətində olduqlarını düşünmək də sadəlövhlük olardı. Onlar əsl biznes qurublar: video-çarxlara baxmaq istəyən hər bir şəxs 14 dollar (7 funt sterlinq) ödəməlidir. Çarxlarda isə müasir siyasətlə yanaşı, ən intim məqamlar belə müzakirə olunur.
Qeyd edək ki, Cennifer Flauers Klintonla intim əlaqələri sayəsində özünə sürətlə karyera qurub: kitab yazıb, bir neçə filmə və “Penthouse” jurnalına çəkilib, Klintonla gizli telefon danışıqlarını auksiona çıxaracağını bəyan edib. Paula Cons isə Monika Levinski qalmaqalının əsas iştirakçılarından biridir. Məhz Consun ifadələri eks-prezidentin impiçmenti məsələsinin qaldırılmasına gətirib çıxarıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR