Şəkinin “Yuxarı Baş” Dövlət tarix-memarlıq qoruğunun xəritəsi təsdiqlənib

Şəkinin “Yuxarı Baş” Dövlət tarix-memarlıq qoruğunun xəritəsi təsdiqlənib
# 25 may 2016 09:53 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Nazirlər Kabineti “Yuxarı Baş” Dövlət tarix-memarlıq qoruğunun xəritəsinin təsdiq edilməsi haqqında qərar verib.

APA-nın məlumatına görə, qərarı baş nazirin müavini Abid Şərifov imzalayıb.

Qərar imzalandığı gündən qüvvəyə minir.

Qeyd edək ki, bu qərar prezidentin “Şəki şəhərinin tarixi hissəsinin qorunması haqqında” 2016-cı il 19 yanvar tarixli qərarına əsasən qəbul edilib. Şəki Xan sarayı da daxil olmaqla, “Yuxarı Baş” Dövlət Tarix Memarlıq qoruğu şəhərin ümumi ərazisinin üçdə birini təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR