"Bolkart"la xaricdə alış-veriş edənlər iki ay sonra ödəniş etmək imkanı qazanıb

"Bolkart"la xaricdə alış-veriş edənlər iki ay sonra ödəniş etmək imkanı qazanıb
# 21 iyun 2016 08:44 (UTC +04:00)

Bakı - APA-Economics. "Bank of Baku" "Bolkart" müştəriləri üçün yay mövsümünə özəl olaraq silsilə kampaniyalara start verib.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, ilk belə kampaniya istirahətini ölkə xaricində keçirməyi planlaşdıran "Bolkart" istifadəçiləri üçün nəzərdə tutulub. Belə ki, xaricdə "Bolkart"la alış-veriş edən hər bir şəxs ödənişini 1 ay sonra deyil, 2 ay sonra yəni, iyun ayında edilən alış-verişin xərcini avqustda, iyulun xərcini sentyabrda və avqust ayında edilən alış-verişin xərcini isə oktyabr ayında ödəmək imkanı əldə edəcək. 21 iyun - 31 avqust 2016-cı il tarixlərini əhatə edən kampaniya ölkə xaricində edilən bütün əməliyyatlara şamil olunur.

Bankın Reklam və ictimaiyyətlə əlaqələr departamentinin direktoru Nigar Tahirova kampaniya müddəti ərzində xarici ölkələrdə edilən istənilən əməliyyatın əlavə faiz və komissiya haqqı tutulmadan icra olunacağını bildirib: "Bu yay "Bolkart" istifadəçilərini 1 deyil, düz 3 kampaniya ilə sevindirməyi planlaşdırırıq. Digər kampaniyalarla bağlı məlumatı da qısa zamanda elan edəcəyik. Əsas məqsədimiz, müştərilərimizin bu yay istirahətinin "Bolkart"la daha səmərəli və sərfəli şərtlərlə keçirməsinə nail olmaqdır".

Bankın hər kəsə özəl təqdim etdiyi "Bolkart" məhsulu haqqında daha ətraflı məlumatla rəsmi internet ünvanından tanış olmaq olar.

Daha ətraflı:

145 Məlumat mərkəzi

www.bankofbaku.com

www.facebook.com/bankofbaku

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR