Antalyada partlayış olub, 2 nəfər yaralanıb

Antalyada partlayış olub, 2 nəfər yaralanıb
# 04 avqust 2016 00:24 (UTC +04:00)

Bakı-APA. Antalyada partlayış baş verib.

APA-nın NTV-yə istinadən verdiyi xəbərə görə, insident nəticəsində 2 nəfər yüngül yaralanıb.

Antalyanın Respublika Meydanı yaxınlığında keçirilən kütləvi tədbir zamanı naməlum partlayıcı qurğu işə düşüb.

Partlayıcı qurğunun kim tərəfindən qoyulduğu araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR