Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 6 Sentyabr

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 6 Sentyabr
# 06 sentyabr 2016 18:13 (UTC +04:00)

GÜNÜN ŞƏRHİ

Türkiyənin Suriyadakı əməliyyatları İŞİD-ə, İraqdakı əməliyyatları isə daha çox PKK ilə mübarizə məqsədi daşıyır. Bu terror qruplaşmalarının hər ikisi Türkiyə üçün təhlükədir. Amma bir məsələ var, yalnız Türkiyə üçünmü? Əlbəttə ki, xeyr.

PKK ilə mübarizədə İran da hər zaman maraqlı olub və hətta bəzən terrorçulara Türkiyədən daha tutarlı zərbələr endirib. Suriyada vətəndaş müharibəsi başlayandan isə İŞİD-ə qarşı bu ölkədə antiterror əməliyyatlarına qoşulan, belə demək mümkünsə, ölkə qalmayıb. Bir müddət ayrı-ayrı koalisiyalar yaradaraq Suriyada anti-İŞİD əməliyyatları keçirən və bir-birini ittiham edən güclər artıq maraqlarının birləşməli olduğunu anlayır və terrorla mübarizədə birgə fəaliyyətin vacib olduğu qənaətindədirlər.

Türkiyənin bu gün Suriyada başladığı əməliyyatlara Rusiyanın, İranın və hətta Dəməşqin loyal yanaşması bunu təsdiq edir. Hətta Qərb də bu məsələdə etiraz bildirmir. Çünki Suriyada Türkiyənin hədəfində olan terror qruplaşmalarını onlar da qarşılarında görürlər...

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR