Bakıda kütləvi dava olub, xəsarət alanlar var

Bakıda kütləvi dava olub, xəsarət alanlar var
# 23 may 2016 14:45 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda kütləvi dava olub.

Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsindən APA-ya verilən məlumata görə, hadisə Bilgəh qəsəbəsində qeydə alınıb. Bakı şəhər sakinləri - 1973-cü il təvəllüdlü Seymur Kamil oğlu Babayev, 1993-cü il təvəllüdlü İxtiyar Yusif oğlu Məmmədov, 1991-ci il təvəllüdlü Tərlan Şamil oğlu Quliyev və 1975-ci il təvəllüdlü Gülnarə İbrahim qızı Babayevanın iştirak etdiyi davada onlar bir-birilərinə xəsarət yetiriblər. Dava iştirakçılarından T. Quliyev və İ. Məmmədov xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR