Sumqayıtda oğurluq edən qadın tutulub

Sumqayıtda oğurluq edən qadın tutulub
# 12 avqust 2016 09:58 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Sumqayıt şəhərində oğurluq edən qadın saxlanılıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, Sumqayıt şəhər 4-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevral ayının 4-də şəhər sakini Fatma Yaqubovaya məxsus içərisində mobil telefon və sənəd olan çantanı oğurlamaqda şübhəli bilinən həmyerlisi Nəzakət Nəcəfova tutulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR