Bakı və Abşeron rayonunun bir neçə yaşayış məntəqəsinin qaz təchizatı məhdudlaşdırılır

Bakı və Abşeron rayonunun bir neçə yaşayış məntəqəsinin qaz təchizatı məhdudlaşdırılır
# 11 mart 2016 06:36 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Bakının Sabunçu, Binəqədi, Xəzər, Səbail, həmçinin Abşeron rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA_Economics”ə verilən məlumata görə, abonentlərin təbii qaza olan tələbatının təmin edilməsi, qaz kəmərində aşkar olunmuş qaz sızmasının ləğvi, yeni çəkilmiş qaz kəmərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi və istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə martın 11-də saat 10:00-dan işlər yekunlaşanadək Sabunçu rayonunun Albalılıq yaşayış massivi, Bilgəh və Maştağa qəsəbələrində, Binəqədi rayonunun Çiçək yaşayış massivi və Sulutəpə qəsəbəsində, Xəzər rayonunun Zirə qəsəbəsində və Xaşa-Xuna bağ massivində, Səbail rayonunun 20-ci sahə və Bibiheybət qəsəbəsində, həmçinin Abşeron rayonunun Novxanı bağ massivi, Digah, Məhəmmədi, Fatmayi və Goradil kəndlərinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR