Məhkəmə şirkətin Vergilər Departamentinə qarşı iddiasını təmin edib

Məhkəmə şirkətin Vergilər Departamentinə qarşı iddiasını təmin edib
# 13 oktyabr 2015 09:36 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində “Baltic Caspian LTD” şirkətinin Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinə qarşı iddiası əsasında məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, şirkət departament tərəfindən tərtib olunan aktın və qərarın etibarsız hesab edilməsi, hesablanmış vergilərin və maliyyə sanksiyalarının ləğv olunması barədə iddia ilə məhkəməyə müraciət edib. Məhkəmə iddianı qismən təmin edib.

Lakin məhkəmənin qəbul etdiyi qərarla razılaşmayan departament apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Qeyd edək ki, “Baltic Caspian” Azərbaycanda taxta evlərin tikintisini həyata keçirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR