Təhsil Nazirliyi direktorlar üçün müsabiqə elan edib

Təhsil Nazirliyi direktorlar üçün müsabiqə elan edib
# 12 yanvar 2016 12:57 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Təhsil Nazirliyi ümumi təhsil müəssisələrinin direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusu olan pedaqoji kadrların təlimlərdə iştirakı üçün müsabiqə elan edib. Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, təlimlər Sumqayıt şəhəri, Abşeron və Xızı rayonlarını əhatə edəcək.

Bildirilib ki, təlimlər çərçivəsində iştirakçılar üçün müxtəlif uğurlu təcrübəyə malik məktəblərə səfərlər, qısamüddətli praktika, Təhsil Nazirliyi əməkdaşlarının və təhsil ekspertlərinin iştirakı ilə məruzələr təşkil ediləcək.

Qeyd olunub ki, təlimlərdə iştirak edən şəxslər Təhsil Nazirliyi tərəfindən təşkil olunacaq yekun qiymətləndirmədə iştirak edəcəklər: “Yekun qiymətləndirmədə qənaətbəxş nəticə göstərən və direktor vəzifəsində çalışmayan şəxslər direktor vəzifəsi üzrə vakant yerlərə təyin olunmaq üçün ehtiyat kadr kimi qeydə alınacaqlar. Hazırda məktəb direktoru vəzifəsində çalışan şəxslərin fəaliyyətlərində səmərəliliyin artırılması üçün müəyyən həvəsləndirmə tədbirləri görüləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR