Dövlət Gömrük Komitəsinin sədri Cəlilabadda vətəndaşları qəbul edib

Dövlət Gömrük Komitəsinin sədri Cəlilabadda vətəndaşları qəbul edib
# 04 mart 2016 10:22 (UTC +04:00)

Cəlilabad. Ağəddin Babayev - APA. Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Cəlilabad şəhərindəki Heydər Əliyev Mərkəzində Cəlilabad, Biləsuvar, Neftçala və Salyan rayonlarından olan vətəndaşları qəbul edib.

APA-nın cənub bürosunun məlumatına görə, qəbulda 25 nəfər vətəndaşın müraciətlərinin əksəriyyəti işə qəbul, malların idxal-ixracı, bununla əlaqədar sənədləşmə qaydaları və digər gömrük məsələləri ilə bağlı olub.

Qəbul zamanı DGK sədri hər bir vətəndaşın müraciətini diqqətlə dinləyərək, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə tabeliyindəki strukturların rəhbərlərinə tapşırıqlarını verib.

Vətəndaşlar tərəfindən qəbul prosesi zamanı qaldırdıqları məsələlərin bir qismi yerindəcə həllini tapıb. DGK-nın səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə müvafiq orqanlara çatdırılmaqdan ötrü qeydiyyata alınıb və nəzarətə götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR