Astarada piyadanı vuran maşının sürücüsü istintaqa cəlb olunub - YENİLƏNİB

Astarada piyadanı vuran maşının sürücüsü istintaqa cəlb olunub - <span style="color: red;">YENİLƏNİB
# 04 may 2016 17:15 (UTC +04:00)

Astara. Ağəddin Babayev – APA. Astarada piyadanı vuraraq öldürən sürücünün kimliyi məlum olub.

APA-nın cənub bürosunun məlumatına görə, bu, Zaqatala rayon sakini Samir Aydın oğlu Nadirovdur.

O, qəzanı idarə etdiyi “Hyundai Elantra” markalı, 99 GL 063 dövlət nömrə nişanlı minik avtomobili ilə törədib.

Sürücü istintaqa cəlb edilib.

***

saat 17.37

Astara. Ağəddin Babayev - APA. Astara rayonunda piyadanın vurulması ilə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə mayın 4-də saat 16.40 radələrində Astara şəhərinin “Ləvəngi” ərazisində qeydə alınıb.

Sürücüsünün şəxsiyyəti hələlik məlum olmayan “Hyundai” markalı minik avtomobili yolu keçmək istəyən piyadanı, Astara şəhər sakini, 54 yaşlı Zahirağa Bağırovu vurub. Çoxsaylı bədən xəsarətləri alan. Z.Bağırov komatik vəziyyətdə təcili tibbi yardım maşınında Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı Astara rayonun hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR