Malena Mard: “Azərbaycanla danışıqlar davam etdiriləcək”

Malena Mard: “Azərbaycanla danışıqlar davam etdiriləcək”
# 15 mart 2016 10:16 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard deyib.

O bildirib ki, Avropa İttifaqının ali nümayəndəsinin Azərbaycana səfəri zamanı danışıqların davam etdirilməsi ilə bağlı niyyət ifadə olunub: "Biz ilkin danışıqları davam etdirəcəyik. Avropa İttifaqında qayda belədir ki, kəşfiyyat danışıqlarından sonra bu məsələni üzv ölkələrin şurasına çıxaracağıq və yeni ikitərəfli formatla bağlı danışıqlara başlamaq üçün mandat istəyəcəyik. Bütün razılaşmalarla bağlı prosedur belədir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR