Qanunsuz balıq ovu ilə bağlı reydlər davam etdirilir

Qanunsuz balıq ovu ilə bağlı reydlər davam etdirilir
# 09 dekabr 2015 08:09 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən qanunsuz balıq ovu ilə bağlı reydlər davam etdirilir. ETSN-nin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, keçirilən geniş miqyaslı reydlər zamanı tərkibində Qeyri-Hökumət Təşkilatlarının, ictimaiyyət nümayəndələrinin və Nazirliyin mütəxəssislərinin təmsil olunduğu qruplar Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində və daxili su obyektlərində, o cümlədən çaylar, kanallar və kollektorlarda rast gəlinən bir sıra neqativ halları aradan qaldırıb.

Bildirilir ki, xüsusilə Mil-Muğan və Şirvan kanallarında qanunsuz qurulmuş xeyli tor, balıq tutmaq üçün digər qanunsuz vasitələr, vizual görüntülərinə görə xeyli müddət istifadə edilməyən balıq ovu üçün nəzərdə tutulmuş alətlər aşkar edilib və akt tərtib olunaraq zərərsizləşdirilib: “Eyni zamanda, Baş Şirvan və Baş Mil-Muğan kollektorlarının mənsəbində dövlət idarəçiliyində olan balıqartırma zavodlarına məxsus, törədici balıqların toplanaraq süni balıqartırma məqsədləri üçün zavodlara göndərilməsini təmin edən vətəgə əhəmiyyətli stansiya və məntəqələrdə gözətçi yerlərinin və torların yenilənməsi, qanunsuz ov hallarının qarşısının alınması ilə bağlı Nazirlik tərəfindən Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinə verilən göstərişlər də yerinə yetirilib. Belə ki, Departamentin nəzdindəki balıqartırma zavodlarının Baş Şirvan və Baş Mil-Muğan kollektorlarının mənsəbində fəaliyyət göstərən stansiyaları, vətəgələri yenilənib, əraziyə izahedici və maarifləndirici lövhələr vurulub. Gözətçi və mütəxəssislərin müvəqqəti qalması, həmçinin ov alətlərinin saxlanılması üçün nəzərdə tutulan tikililərdə təmir-bərpa işləri aparılaraq normal vəziyyətə gətirilib”.

Qeyd olunub ki, ölkədə qanunsuz ov hallarının qarşısının alınması istiqamətində reydlər isə davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR