Bakıda xəsarət alan piyadaya yardım etmək istəyən şəxsi avtomobil vuraraq öldürüb

Bakıda xəsarət alan piyadaya yardım etmək istəyən şəxsi avtomobil vuraraq öldürüb
# 10 oktyabr 2016 09:40 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda avtomobillə vurulan piyadaya yardım etmək istəyən şəxsi maşın vuraraq öldürüb.

APA-nın məlumatına görə, hadisə bir neçə gün əvvəl 3-cü mikrorayon dairəsində qeydə alınıb.

Göyçay rayonu Qarabaqqal kənd sakini, 1952-ci il təvəllüdlü Qasımov Rövşən Kamil oğlu idarə etdiyi “Mercedes” markalı minik avtomobili ilə hərəkətdə olarkən bir piyadanın başqa bir avtomobillə vurulduğunun şahidi olub. R. Qasımov avtomobildən düşüb piyadaya yardım etmək istəyərkən Bakı şəhər sakini Pərvin Manafova idarə etdiyi maşınla onu vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada oktyabrın 8-də orada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR