“Rəy” Monitorinq Qrupu Lənkərandakı 16 seçki məntəqəsində “exit-poll” keçirir

“Rəy” Monitorinq  Qrupu Lənkərandakı 16 seçki məntəqəsində “exit-poll” keçirir
# 26 sentyabr 2016 12:27 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. “Rəy” Monitorinq Qrupu Lənkəran rayonu üzrə 16 seçki məntəqəsində “exit-poll” keçirir.

Qrupun nümayəndəsi Nərgiz Katibli APA-ya açıqlamasında səhər saat 07:30-dan 73 saylı Lənkəran şəhər seçki dairəsinin 20 saylı məntəqəsində sorğu keçirdiklərini bildirib. O deyib ki, referendumda seçicilərin fəallığı yüksəkdir və qanun pozuntusu müşahidə olunmayıb.

Qeyd edək ki, 73 saylı Lənkəran şəhər seçki dairəsi üzrə 28 məntəqə fəaliyyət göstərir. Qeydiyyatda olan seçicilərin sayı 35315 nəfərdir. 12 məntəqədə veb-kamera quraşdırılıb. Dairə üzrə 234 müşahidəçi qeydə alınıb. Səkkiz məntəqədə “Rəy” Monitorinq Qrupu ilə yanaşı, “Vətəndaş cəmiyyəti uğrunda” təşkilatı tərəfindən “exit-poll” keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR