Mağazadan ət oğurlayan şəxs tutulub

 Mağazadan ət oğurlayan şəxs tutulub
# 21 noyabr 2015 10:24 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Quldurluq etdiyinə görə tutulan şəxsin digər cinayət əməli törətməsi də müəyyən edilib.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, noyabrın 11-də quldurluq etdiyinə görə tutulmuş Eşqin Məmmədovun ətrafında Gədəbəy rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun Şəmkir rayon sakini Şahin Qasımovla birgə cari il iyun ayında Eldar Verdiyevə məxsus mağazadan 60 kiloqram ət və 1 ədəd elektron tərəzi oğurlaması da müəyyən edilib.


Həyata keçirilmiş tədbirlərlə Ş.Qasımov tutulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR