Bakıda avtomobil yanıb

Bakıda avtomobil yanıb
# 09 iyul 2016 05:58 (UTC +04:00)

Bakı-APA. Bakıda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus “Honda” markalı minik avtomobilinin qabaq təkərləri və mühərrik hissəsi yanıb.

Avtomobilin qalan hissəsi və yaxınlıqdakı digər avtomobillər yanğından mühafizə olunub. Yanğın saat 03:36-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR