Bakı-APA. Böyük Britaniyada yüngülmotorlu təyyarənin qəzaya uğraması nəticəsində 2 nəfər ölüb.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, insident Şropşir qraflığında qeydə alınıb.
Təyyarənin pilotu və sərnişini hadisə yerində ölüblər. İnsidentin səbəbləri barədə hələ ki, məlumat verilmir.