Gəncədə azyaşlı uşağın əli ətçəkən maşında qalıb

Gəncədə  azyaşlı uşağın əli ətçəkən maşında qalıb
# 07 avqust 2016 19:34 (UTC +04:00)

Bakı – APA. Gəncədə azyaşlının əli ətçəkən maşında qalıb.


APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Gəncə şəhəri, Kəpəz rayonunda 1 azyaşlının əlinin ətçəkən maşında sıxılmış vəziyyətdə qalması barədə məlumat daxil olub.


Dərhal nazirliyin Gəncə Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq azyaşlının əlini məişət avadanlığından çıxarıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR