İsrail hərbçiləri ilə toqquşmalarda sutka ərzində 9 fələstinli ölüb

İsrail hərbçiləri ilə toqquşmalarda sutka ərzində 9 fələstinli ölüb
# 11 oktyabr 2015 04:41 (UTC +04:00)

Bakı-APA. Qəzza zolağı yaxınlığında oktyabrın 10-da baş vermiş bir neçə toqquşma nəticəsində 9 fələstinli ölüb. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Haaretz nəşri məlumat yayıb. İnsidentlər nəticəsində hər iki tərəfdən 16 nəfər xəsarət alıb.

Ölənlər arasında iki fələstinli yeniyetmənin olduğu bildirilir.

Qeyd edək ki, oktyabrın 9-da isə Qəzza zolağında İsrail hərbçiləri ilə toqquşmalarda 7 fələstinli ölüb, 60-dan çoxu yaralanıb. İordan çayının Qərb sahilində isə israillilərlə baş vermiş toqquşmalarda 1 fələstinli ölüb, bir neçə İsrail vətəndaşı daxil olmaqla 400 nəfər xəsarət alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR