Zaqatalada avtomobillə vurulan 74 yaşlı piyada ölüb

Zaqatalada avtomobillə vurulan 74 yaşlı piyada ölüb
# 06 sentyabr 2016 07:26 (UTC +04:00)

Zaqatala. Vüqar Heydərov - APA. Zaqatalada avtomobilin vurduğu 74 yaşlı piyada ölüb.


Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, ağır kəllə-beyin travması diaqnozu ilə xəstəxananın reanimasiya şöbəsində müalicə alan, rayonun Gözbarax kənd sakini, 1942-ci il təvəllüdlü Cəbrayıl Əli oğlu İsayevi sentyabrın 5-də axşam saatlarında xəstəxanada keçinib.

Qeyd edək ki, həmin gün səhər saatlarında rayonun Suvagil kənd yolunda kənd sakini, 1966-cı il təvəllüdlü Xatirə Məmməd qızı Soltanova idarə etdiyi “VAZ 21099” markalı, 62 BF 988 dövlət nömrə nişanlı avtomobillə Cəbrayıl İsayevi vurub.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR