Tovuz sakini alova benzin tökərkən yanıq xəsarətləri alıb

Tovuz sakini alova benzin tökərkən yanıq xəsarətləri alıb
# 26 sentyabr 2015 07:45 (UTC +04:00)

Tovuz. Azər Məmmədli – APA. Tovuz rayon sakini ehtiyatsızlıq nəticəsində yanıq xəsarətləri alıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Bozalqanlı kəndində baş verib. Kənd sakini, 2003-cü il təvəllüdlü Yusif Habil oğlu Həşimov həyətdə qalanan tonqalın üzərinə benzin tökdüyü zaman alov onun üz və əllərini yandırıb. O, dərhal Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Həkimlər Y. Həşimovun vəziyyətini orta ağır qiymətləndirirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR