Erməni müəllif: "Bakıda son günlər bir neçə məktəb açılıb, Ermənistanda isə son dəfə nə vaxt məktəb açıldığını xatırlamıram"

Erməni müəllif: "Bakıda son günlər bir neçə məktəb açılıb, Ermənistanda isə son dəfə nə vaxt məktəb açıldığını xatırlamıram"
# 19 sentyabr 2016 13:40 (UTC +04:00)

Bakı – APA. “Dünən Azərbaycan mətbuatına nəzər saldığım zaman bir məqalə oxudum və bu, mənə pis təsir etdi. Məqalə ordu, hərbi mövzu ilə bağlı deyil. Azərbaycanın prezidenti İlham Əliyev Bakıda məktəbin açılışında iştirak edib. Bakıda bir neçə ay ərzində bir sıra məktəblər açılıb. Ermənistanda isə sentyabrın 1-də birinci sinifə gedənlərin sayı xeyli azalıb”.

APA-nın məlumatına görə, bu barədə Ermənistanın “yerevannews.am” saytında yer alan yazıda deyilir.

Yazı müəllifi Aşot Asatryan Ermənistanda sonuncu dəfə nə vaxt məktəb açıldığını xatırlamadığını qeyd edib: “Amma bizdə nə qədər istəsən hotel, əyləncə məkanları var. Ancaq məktəb…. Bu yaşıma çatmışam, lakin ölkə prezidentinin hansısa məktəbin açılışında iştirak etdiyi yadıma gəlmir. “Bakıda növbəti məktəb açılıb…” cümləsi olduqca pis təsir etdi. Ona görə yox ki, düşmən ölkəsində məktəb açılıb. Ona görə ki, məktəblərin bağlanması ilə qarşı-qarşıya olduğumuz ərəfədə hotellər açırıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR