Nazarbayev Rusiya ilə Xəzərin dibinin bölünməsi haqda razılaşmaya dəyişikliyi təsdiqləyib

Nazarbayev Rusiya ilə Xəzərin dibinin bölünməsi haqda razılaşmaya dəyişikliyi təsdiqləyib
# 13 iyul 2016 17:37 (UTC +04:00)

Bakı - APA. Qazaxıstan prezidenti Nursultan Nazarbayev Xəzərin şimal hissəsində dənizin dibinin bölünməsi ilə bağlı Qazaxıstan və Rusiya arasında imzalanmış razılaşmaya dəyişikliyin ratifikasiyası barədə qanunu imzalayıb.

APA-nın xəbərinə görə, bu barədə Qazaxıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Rusiya Xarici İşlər Nazirliyinin saytında yerləşdirilmiş məlumata əsasən protokol “Kurmanqazı” və “Mərkəz” strukturları çərçivəsində yeraltı sərvətlərdən, o cümlədən “Xvılınskoye” yatağının ehtiyatlarını bölməklə istifadəsini nəzərdə tutur.

Xatırladaq ki, bu gün Astanada Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşü keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR