Ermənilərin artilleriya zərbələri nəticəsində Ağdamda iki dinc sakin yaralanıb

Ermənilərin artilleriya zərbələri nəticəsində Ağdamda iki dinc sakin yaralanıb
# 04 aprel 2016 17:15 (UTC +04:00)

Ağdam. Ziya Əmirxanlı – APA. Ermənilərin ağır artilleriyadan açdığı atəş nəticəsində Ağdamda iki mülki şəxs yaralanıb.

APA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, Ağdam rayonunun Hacıməmmədli kəndinə düşən mərmi kənd sakini, 1968-ci il təvəllüdlü Fikrət Quliyevin, Xındırıstan kənd ərazi nümayəndəliyinin Sarıçoban kəndinə düşən mərmilər isə 1967-ci il təvəllüdlü İlqar Cəfərovun yaralanmasına səbəb olub.

Yaralılar Ağdam Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan APA-ya bildirilib ki, yaralıların həyatına təhlükə yoxdur.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR