Oqtay Əsədov: "Bəzi investisiya layihələri təxirə salınıb"

Oqtay Əsədov: "Bəzi investisiya layihələri təxirə salınıb"
# 13 oktyabr 2015 09:11 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. "Gələn ilin dövlət büdcəsinin azalması Dövlət Neft Fondundan transfertlərin azalmasının nəticəsidir".

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən 2016-cı il üçün büdcə zərfinin müzakirəsi zamanı spiker Oqtay Əsədov bildirib.

O. Əsədov deyib ki, cari il büdcəyə Dövlət Neft Fondundan 10,4 mlrd. manat transfert edildiyi halda, gələn il bu rəqəmin 6 mlrd. manat təşkil edəcəyi proqnozlaşdırılır.

Spiker əlavə edib ki, bəzi əvvəl başlanılan investisiya layihələri müəyyən müddətə təxirə salınıb, amma bu, önəmli investisiya layihələrinin icrasına təsir göstərməyəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR