Avstraliya parlamentinin üzvü: “Avstraliyada Azərbaycanın məcburi köçkünlər məsələsini qaldıra bilərik” - FOTO

Avstraliya parlamentinin üzvü: “Avstraliyada Azərbaycanın məcburi köçkünlər məsələsini qaldıra bilərik” - <span style="color: red;">FOTO
# 02 noyabr 2015 10:07 (UTC +04:00)

Bakı. Türbət Bağırova – APA. “Azərbaycanın məcburi köçkünləri ilə bağlı bizə daha ətraflı yazılı məlumat verilməsini xahiş etdik ki, Avstraliyaya qayıdanda bu məsələni Xarici İşlər Nazirliyi qarşısında qaldıraq”.


APA-nın xəbərinə görə, bunu Azərbaycanda seçkini müşahidə edən Avstraliya parlamentinin üzvlərindən ibarət nümayəndə heyətinin rəhbəri, Avstraliya parlamentinin Nümayəndələr Palatasının üzvü Luke Simpkins deyib.

O, Gəncədə səfərdə olduqları zaman Kəlbəcərdən olan məcburi köçkünlərlə görüşdüklərini, onlar barədə ətraflı məlumat aldıqlarını deyib: “Görüş bizim xahişimizlə keçirildi. Qayıdandan sonra Avstraliya Xarici İşlər Nazirliyində məsələ qaldırmaq istəyirik ki, müəyyən tədbirlər görülsün”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR