Ağstafa sakinini cərəyan vuraraq öldürüb

Ağstafa sakinini cərəyan vuraraq öldürüb
# 29 mart 2016 14:14 (UTC +04:00)

Ağstafa. Azər Məmmədli - APA. Ağstafa rayonunda bədbəxt hadisə baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Dağ Kəsəmən kəndində qeydə alınıb. Rayon sakini, 1959-cu il təvəllüdlü Əsədulla Bağırov kənddə yüksək gərginlikli transformatorda təmir işləri apararkən cərəyan onu vurub və o yüksəklikdən yerə düşərək ölüb.

Faktla bağlı Ağstafa rayon Prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR