Bakıda məsciddən oğurluq edilib

Bakıda məsciddən oğurluq edilib
# 24 may 2016 08:53 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda məsciddən oğurluq edilib.

Yasamal rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Salatın Əsgərova küçəsi 75 ünvanında fəaliyyət göstərən Hacı Sultanəli məscidində qeydə alınıb. Məscidə ibadətə gələn Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Abbaslı Kamran İlkin oğlunun içərisində mobil telefonu, şəxsiyyət və sürücülük vəsiqələri olan çantası oğurlanıb.

Hazırda hadisəni törədən şəxsin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR