Nazir müavini: “Ana və uşaq ölümlərinin sayı azalıb”

Nazir müavini: “Ana və uşaq ölümlərinin sayı azalıb”
# 08 sentyabr 2016 10:47 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. “Azərbaycanda son illər ana və uşaq ölümlərinin sayı azalıb”.

APA-nın xəbərinə görə, bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib. Nazir müavini bildirib ki, bu məsələ Səhiyyə Nazirliyinin diqqət mərkəzindədir. Onun sözlərinə görə, ana, uşaq ölümü, orta yaş ömrü ölkənin önəmli göstəricilərindən biridir: “Ona görə də bu məsələ Səhiyyə Nazirliyinin də diqqət mərkəzindədir ki, belə hallar olmasın. Bunun aradan götürülməsi üçün önəmli məsələlərdən biri maddi-texniki bazanın yaxşılaşdırılması, tibb müəssisələrinin müasirləşdirilməsi, kadr hazırlığından ibarətdir. Bu istiqamətdə də daima işlər görülür”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR