Beyləqanda qətl törədilib

Beyləqanda qətl törədilib
# 05 aprel 2016 09:51 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Beyləqanda qətl törədilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hadisə aprelin 4-də Beyləqan rayonunun İmamverdilər kəndində qeydə alınıb. Kənd Mədəniyyət Klubuna gələn Həsənalı Quliyev orada işləyən həmkəndlisi Validə Tağıyevaya münaqişə zəminində bıçaqla xəsarət yetirib. V.Tağıyeva hadisə yerində ölüb.

H.Quliyev könüllü olaraq Beyləqan Rayon Polis Şöbəsinə gələrək təslim olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR