Avstraliyada meşə yanğınları 50-dən çox evi məhv edib

Avstraliyada meşə yanğınları 50-dən çox evi məhv edib
# 26 dekabr 2015 03:22 (UTC +04:00)

Bakı – APA. Avstraliyada güclü meşə yanğını tüğyan edir.

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, Viktoriya ştatında yanğın 2,2 min hektar sahəni məhv edib.

Adıçəkilən ərazidə təxminən 53 ev tamamilə yanaraq külə dönüb. Turistlər daxil olmaqla, 1600 nəfər evakuasiya edilib. Alovla mübarizəyə 300-dən çox yanğınsöndürən, 18 təyyarə cəlb olunub.

Hadisənin dəqiq başvermə səbəbləri araşdırılır. Yanğına səbəb kimi oddan ehtiyatsız istifadə göstərilir. Eyni zamanda, yanğının ildırım nəticəsində baş verdiyi də istisna olunmur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR