Makedoniya və Bosniya miqrantlar üçün sərhədlərin bağlanmasının əleyhinədir

Makedoniya və Bosniya miqrantlar üçün sərhədlərin bağlanmasının əleyhinədir
# 23 sentyabr 2015 21:52 (UTC +04:00)

Bakı-APA. Miqrantlar üçün sərhədlərin bağlanması böhranı aradan qaldırmayacaq.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Makedoniyanın xarici işlər naziri Nikola Poposkiy bosniyalı həmkarı ilə görüşdə bəyan edib.

“Bu məsələ ilə bağlı bizim mövqeyimiz açıq və aydındır. Sərhədlərin bağlanması problemin həllinə gətirib çıxarmayacaq”, deyə N.Poposki bildirib.

Bosniya və Herseqovinanın xarici işlər naziri İqor Tsrndak həmkarı ilə həmfikir olduğunu vurğulayıb: “Bu problemin həlli deyil. Sərhədlərin bağlanması hətta prosesləri mürəkkəbləşdirə bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR