Azərbaycana metadon keçirmək istəyən İran vətəndaşı saxlanılıb

Azərbaycana metadon keçirmək istəyən İran vətəndaşı saxlanılıb
# 24 may 2016 09:44 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” Gömrük Postunda İrandan Azərbaycana piyada gələn İran vətəndaşının əşyaları gömrük nəzarətindən keçirilən zaman üzərində “Merazole Omeprazole 20” yazısı olan 1 ədəd şüşə dərman qabı gömrükçülərin diqqətini cəlb edib.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, yoxlama zamanı həmin dərman qabının içərisindən üzərində yazılandan fərqli olaraq gömrük nəzarətinə düzgün bəyan olunmayan 8 ədəd həbdən ibarət “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan, narkotik vasitələrin”in II Siyahısına daxil olan metadon adlı dərman preparatı aşkar olunaraq götürülüb.

Qeyd edək ki, 8 ədəd həbdə metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,16 qram təşkil edir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR