Tovuzda naməlum şəxslər evə basqın ediblər

Tovuzda naməlum şəxslər evə basqın ediblər
# 24 iyun 2016 15:13 (UTC +04:00)

Tovuz. Azər Məmmədli - APA. Tovuzda naməlum iki nəfər evə basqın edib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Yuxarı Öysüzlü kəndində Tamara Tağıyevanın evində qeydə alınıb. Naməlum iki nəfər evə daxil olaraq T. Tağıyevanın gəlini Rəna Tağıyevaya zor tətbiq edərək ona müxtəlif bədən xəsarətləri yetiriblər. R. Tağıyev bildirib ki, naməlum şəxslərin əllərində qovluq olub və onları kredit borcları olan bankın əməkdaşları sanıb. Qadın gələnlərə imkanları olmadığını və əllərinə pul düşən kimi kredit borclarını ödəyəcəklərini bildirib. Lakin naməlum şəxslər evdə axtarış aparıblar və əşyaları dağıdaraq bir müddətdən sonra ərazidən uzaqlaşıblar. Baş verənlərlə bağlı Polis Şöbəsinə məlumat verilib.

Tovuz rayon Polis Şöbəsindən bildirilib ki, faktla bağlı araşdırma aparılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR