"Sberbank"ın prezidenti: "Tarixboyu eyni səhvləri təkrarlayırıq"

"Sberbank"ın prezidenti: "Tarixboyu eyni səhvləri təkrarlayırıq"
# 21 may 2016 15:57 (UTC +04:00)

Bakı - APA-Economics. Rusiya "Sberbank"ının prezidenti German Qref Skolkovo biznes məktəbində çıxışı zamanı keçmişdə buraxılan səhvləri təkrarlamamağa və onlardan dərs çıxarmağa çağırıb.

"APA-Ecoonmics" RBK agentliyinə istinadən xəbər verir ki, bankir 2015-ci ili dönüş nöqtəsi kimi xarakterizə edib: "Tarixboyu biz eyni səhvləri təkrarlayırıq: əvvəl sürətlə yerə çırpılırıq, sonra isə ayağa qalxmağa başlayırıq. Bunların ciddi fəsadları olub. 2015-ci il dönüş nöqtəsi olub. Çünki İKT dövründən rəqəmsal dövrə keçid baş tutdu. Bu yaxınlarda mən ABŞ-da oldum və "Netfix" şirkətini ziyarət etdim. Kaş ki, bunu etməzdim. Çünki orada mən özümü mamont kimi hiss etdim".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR