Mirbağır İsayev milli komandanın baş məşqçisi təyin edilib

Mirbağır İsayev milli komandanın baş məşqçisi təyin edilib
# 21 aprel 2016 09:50 (UTC +04:00)

Bakı – APA. Bu gün AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədov Məşqçilər Komitəsi ilə görüşüb. Apasport.az saytı xəbər verir ki, Məşqçilər Komitəsinin üzvləri Mingəçevir şəhərində divizion klublarının nümayəndələri ilə keçirilmiş görüş haqqında ətraflı məlumat verib, I divizion və Topaz Premyer Liqası barədə ümumi fikir mübadiləsi aparılıb.

Görüşdə Azərbaycan U-15 yığmasına baş məşqçi təyinatı da müzakirəyə çıxarılıb. Məşqçilər Komitəsinin tövsiyəsinə əsasən, AFFA rəhbərliyinin qərarı ilə 15 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi vəzifəsi Mirbağır İsayevə həvalə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR