Sabah NATO-nun baş katibi Gürcüstana səfər edəcək

Sabah NATO-nun baş katibi Gürcüstana səfər edəcək
# 06 sentyabr 2016 21:10 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə-APA. Sentyabrın 7-də NATO-nun baş katibinin rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstana səfər edəcək.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, NATO-nun baş katibi Yens Stoltenberq səfər çərçivəsində Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili ilə görüşəcək. Sonra tərəflər sentyabrın 7-8-də keçiriləcək NATO-Gürcüstan sessiyasının açılışına qatılacaqlar.

NATO-nun baş katibinin səfər çərçivəsində Gürcüstan prezidenti Georgi Marqvelaşvili, parlamentin sədri David Usupaşvili və parlament üzvləri, müdafiə naziri Levan İzoria, xarici işlər naziri Mixail Canelidze, habelə beynəlxalq və qeyri-hökumət təşkilatları və media ilə görüşü gözlənilir.

Səfər çərçivəsində NATO-nun baş katibi sentyabrın 8-də Milli Kitabxanada tələbələr qarşısında çıxış edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR