İstanbulda “Xaricdən milli baxış” mövzusunda forum başlayıb

İstanbulda “Xaricdən milli baxış” mövzusunda forum başlayıb
# 05 mart 2016 13:47 (UTC +04:00)


İstanbul. Mayis Əlizadə - APA. İstanbulda “Xaricdən milli baxış” mövzusunda forum başlayıb.

APA-nın məlumatına görə, Azərbaycan Prezidenti yanında Gənclər Fondu, “İrəli” İctimai Birliyi və Türkiyədə fəaliyyət göstərən İndex qurumunun təşkilatçılığıyla keçirilən toplantının açılışında çıxış edən Prezident Administrasiyası gənclərlə iş sektorunun müdiri Vüsal Quliyev çıxış edərək, Azərbaycanın gənclərlə bağlı dövlət siyasətinin əsasının Heydər Əliyev tərəfindən qoyulduğunu, o siyasətin prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyib: “Gənclərimizin aktiv diaspor fəaliyyəti təqdirə layiqdir. Əsas məqsədimiz xaricdəki gənclər təşkilatları arasında koordinasiyanı təmin etməkdir. Məsələn, Rusiyadakı gənclik təşkilatlarımızla Böyük Britaniyadakı gənclik təşkilatlarımız önəmli məsələlər ətrafında fikir mübadiləsi apara bilməlidir”.

Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev Azərbaycan dövlətinin gücünün xaricdəki gənclərin bütün fəaliyyətlərinə dəstək verməyə çatdığını vurğulayıb.

İndex Gənclər Təşkilatının baş katibi Əli Məmmədov deyib ki, ölkəmizdə gənclərə qayğı dövlət siyasətinin əsas tərkib hissələrindəndir.

“İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov Forumda müxtəlif ölkələrdən 15 təşkilat və 20 gəncin iştirak etdiyini bildirib: “Bu layihənin məqsədi xaricdə təmsil edilən Azərbaycan təşkilatlarının birləşməsi və Azərbaycanın dövlət maraqlarını dünyanın hər yerində müdafiə etməsidir”.

Forumu martın 6-da da davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR