“Aeroflot” beynəlxalq reyslərə qiymətləri ucuzlaşdırıb

“Aeroflot” beynəlxalq reyslərə qiymətləri ucuzlaşdırıb
# 27 yanvar 2016 19:17 (UTC +04:00)

Bakı-APA. Rusiyanın “Aeroflot” aviaşirkəti beynəlxalq reyslərə qiymətləri 10% ucuzlaşdırıb.

APA-nın xəbərinə görə, bu barədə aviaşirkətin saytında bildirilir.

Məlumata əsasən, yeni tariflər bilavasitə “Aeroflot” biletləri və hava daşıyıcısının törəmə şirkətlərinin biletlərinə şamil ediləcək.

Qeyd olunur ki, endirim yalnız avro ilə alınan biletlər üçün tətbiq edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR