Ötən il İranda “donuz qripi”ndən 86 nəfər ölüb

Ötən il İranda “donuz qripi”ndən 86 nəfər ölüb
# 10 dekabr 2015 09:59 (UTC +04:00)

Tehran. Süleyman Fərzəliyev - APA. Ötən il İranda “donuz qripi”ndən 86 nəfər dünyasını dəyişib.

APA-nın İran bürosunun İRNA-ya istinadən verdiyi məlumata görə, bunu İranın səhiyyə nazirinin müavini Əliəkbər Səyyari Kerman vilayətinə səfəri zamanı deyib.

“Amma o vaxt mətbuat nümayəndələri indi kimi bu hadisələri işıqlandırmadılar. Kerman vilayətində “donuz qripi”ndən ölüm halları geniş müzakirə oldu. Halbuki keçən il oxşar hadisələr Təbrizdə daha geniş yayılmışdı”.

Ə. Səyyari hazırda bu xəstəliyin Kerman vilayətində yayıldığını desə də, yoluxmanın geniş miqyas almaması üçün əhali arasında maarifləndirmə işinin aparılmasının vacibliyini önə çəkib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR