İŞİD-in İraqdakı komandirlərindən biri İranda keçirilən əməliyyatda öldürülüb - YENİLƏNİB

İŞİD-in İraqdakı komandirlərindən biri İranda keçirilən əməliyyatda öldürülüb - <span style="color: red;">YENİLƏNİB
# 16 avqust 2016 13:31 (UTC +04:00)

Tehran. Süleyman Fərzəliyev - APA. İŞİD-in İraqdakı komandirlərindən biri bu gün İranın Kirmanşah şəhərində keçirilən əməliyyatda öldürülüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın daxili işlər nazirinin təhlükəsizlik məsələləri üzrə müavini Hüseyn Zülfüqari deyib.

H.Zülfüqari bildirib ki, Kirmanşahda öldürülən terrorçuların sayı 4 nəfərə çatıb: “Ötən gün axşamdan bu gün səhərə kimi Kirmanşah əyalətinin 2 bölgəsində təkfirçi terror qruplaşması üzvləri ilə qarşıdurma baş verib. Bu qarşıdurmada dörd terrorçu öldürülüb, altı terrorçu saxlanılıb”.

O əlavə edib ki, qruplaşma üzvləri İranın qərb əyalətləri və mərkəzi bölgəsində təxribatlar törətmək istəyiblər.

***

11.49

Tehran. Süleyman Fərzəliyev - APA. İranın Kirmanşah əyalətində terrorçular və təhlükəsizlik qüvvələri arasında atışma baş verib, 3 terrorçu öldürülüb.

APA-nın Tehran bürosunun Kirmanşah əyalətinin polis komandanlığına istinadən verdiyi məlumata görə, bu gün səhər polis, təhlükəsizlik qüvvələri və xüsusi təyinatlıların iştirakı ilə Kirmanşah şəhərinin məhəllələrinin birində əməliyyat keçirilib.

Əməliyyat zamanı İŞİD terror qruplaşmasına bağlı olan3 nəfər öldürülüb. Onlardan bir ədəd “Kalaşinkov” markalı avtomat, iki avtomat darağı, bir ədəd partlayıcı kəmər götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR